Müasir qadınların siqaretə daha gənc yaşlarından aludə olması və daha çox siqaret çəkmələri ciyər xərçəngi xəstələyi riskinin kəskin dərəcədə artmasının əsas səbəblərindən biri sayılır. Siqaret çəkən qadınlar arasında ölüm əmsalı kişilərlə eyni göstəriciyədək yüksəlib. Qadınların siqaretə ilk kütləvi aludəçiliyi 1950-60-cı illərə təsadüf edir. Həmin illərdə siqaret çəkən qadınların çəkməyənlərə nisbətən ciyər xərçəngindən ölmək ehtimalı 3 dəfə artıq idi.
2000-2010-cu illərdə siqaret çəkənlərin tibbi müayinələrinin nəticələri onların çəkməyən qadınlara nisbətən ciyər xərçəngi xəstəliyinə tutulma riskinin 25 dəfə artıq olmasını aşkar edib.
“Qadın gələcəyin anasıdır. Uşaq isə gələcəyin özü. Bu mənada qadının daha sağlam olması vacibdir. Siqaretdən istifadə edən qadınlarda bu və ya digər səviyyədə xəstəlik olmamış deyil”. Bu sözləri isə SİA-ya açıqlamasında ekspert Ceyhun Musaoğlu qeyd edib.
O, sözlərinə belə davam edib: “Ümumiyyətlə, siqaret çəkmək hər kəsə ziyandır. Təbii ki, siqaretdən daha çox kişilər istifadə edirlər. Qadının isə siqaret çəkməsi həmiş neqativ münasibətlə qarşılanıb. Bu mənada qadının daha sağlam olması çox vacibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB