Gəncədə toxumçuluğun inkişafına dair seminar keçirilib - FOTO

Gəncədə toxumçuluğun inkişafına dair seminar keçirilib - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetində toxumçuluğun inkişafına həsr olunan seminar keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi ilə yanaşı, aqrar elmi tədqiqat institutlarının mütəxəssisləri iştirak edib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, seminarda ölkədə taxılçılığın bugünkü vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bildirilib ki, hazırda ölkədə taxılçılığın vəziyyəti qeyri-qənaətbəxşdir. Təkcə 1 hektar sahədən cəmi 20-25 sentner məhsul götürülürsə, demək bu istiqamətdə problemlər var. Vəziyyəti dəyişmək üçün alimlər yeni sort taxıl sahələrinin əkilməsini təklif edir. Bu sortların yüksək məhsul verməsi gözlənilir.

Seminarda taxılçılığın inkişafı məqsədi ilə açıq havada yaradılan laboratoriyaya baxış keçirilib. Burada əkilən yeni taxıl sortları barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan başqa ali təhsil ocağının rəhbərliyi tərəfindən laboratoriyada çalışan mütəxəssislər fəxri fərmanlarla təltif edilib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə