"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası baş tutub - FOTOLAR

"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası baş tutub - FOTOLAR

Ölkəmizdə Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir. Bu ilin yanvar ayının 18-dən etibarən həyata keçirilən aksiyada​ əhalinin demək olar ki,​ xeyli hissəsi artıq vaksinin ikinci dozasını qəbul edib. SİA-nın verdiyi məlumata görə, mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirilib.

TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında 150-yə yaxın partiyanın fəal üzvü iştirak edib. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücəndirmək və eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə