Sağlam münasibət üçün qısqanclıq hissini dəf etmək lazımdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qısqanclıq münasibətlərdə etibar problemini gündəmə gətirir və xoşbəxtlikdən çox kədər gətirməyə başlayır. Bu hissdən qurtulmaq üçün əvvəlcə qısqanclığın nəyə səbəb olduğunu öyrənmək və hərəkətlərinizi idarə etmək lazımdır. Qısqanclıq sizin üçün vərdişə çevrilibsə, bu vəziyyətdən çıxmağın bəzi yolları var.
1- Qısqanclığınızın səbəbini öyrənin
Qısqanclıqla mübarizə aparmaq üçün ilk addım sizi nəyin qısqandırdığınızı müəyyənləşdirməkdir. Məsələni böyüdürsünüz? Yoxsa özünüzə ya qarşı tərəfə güvənmirsiniz?
2- Öz hərəkətlərinizə baxın
Bəzən problem qarşı tərəfin hərəkətləri deyil, öz hərəkətlərinizdir. Başqasını mühakimə etmədən əvvəl öz davranışlarınıza baxın.
3- Davamlı olaraq neqativ düşünməyin
Qarşı tərəf çölə çıxdığını söyləyəndə ağlınıza gələn ilk şey aldatmadırsa, təəssüf ki, problem sizdədir. Həddindən artıq qısqanclıq psixoloji problem hesab olunur. Müsbət düşünməyə və ona etibar etməyə çalışın.
4- Başqaları ilə müqayisə etməyin
Qısqanclığın ən böyük səbəbi etibarsızlıqdır. Özünüzü başqaları ilə müqayisə etdikdə hörmətiniz azalır və sevdiyiniz insanın sizi onlarla aldatacağını düşünürsünüz. Həyatınızdakı insanın onları deyil, sizi seçdiyini unutmayın.
5- Özünüzə diqqət edin
Həyatınızdakı insa xaricində sosial həyatınız yoxdursa, hər zaman onun üstünə düşəcəksiniz. Bunun əvəzinə yeni hobbilər öyrənin və ya dost görüşlərinə qoşulun. Özünüzə investisiya qoyun. Tək qalmağın ləzzətini anlamaq qısqanclıq probleminizə kömək edəcək.
6- Yoxluğuna hazırlıqlı olun
"Onsuz nə edərdim?" düşüncəsi bəlkə də ən zəhərli fikirdir. Bu düşüncə qısqanclığa səbəb olur. Onsuz həyatınıza davam edəcəksiniz. Özü də çox yaxşı. Siz son dərəcə güclüsünüz və öhdəsindən gələ bilərsiniz.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB