İnsanlar öyrənmir xatırlayır - TƏHLİL

İnsanlar öyrənmir xatırlayır - TƏHLİL

Biz nələrisə görürük məsələn hər hansısa bir hadisə və ya bir insan bu hansısa fizika düsturu da ola bilər, rəsm əsəri də. Bəzən o bizə qəribə şəkildə doğma gəlir sanki ona yüzillərlə baxmışıq kimi. Hər hansısa klassik musiqi də bizim şüuraltımızı qıcıqlandıra bilər, bizə nəyisə xatırladar, anlatmağa çalışar. Bütün bunların səbəbini aydınlatmağa çalışacağam. Platon "insanlar öyrənmir, xatırlayır” onlar dünyaya gəldikləri gün hər şeyi bilirlər amma xatırlamırlar. Xatırladıqları isə onlara yenilik kimi gəlir. Bəzən insanlar qarşısına çıxacaq yeni bir şeyi, fəlsəfi olaraq olaraq xatırlayır, sanki şüuraltı ona tarixin pıçıldayır. Bu fəlsəfi xatırlamaya anamnesis deyilir.

Bəzən buna reinkornasiya da səbəb ola bilər yəni insan öncəki həyatındakı xarakterinin həyatından hər hansısa bir anı xatırlayır. Bu hansısa bir musiqi də ola bilər, aşiq olduğu qadın da. Reinkornasiyaya görə yeni ruh olmur yeni bədən olur. Yəni biz hər öldükcə bədənimizi dəyişirik. Tanrı bizi bağışlayanadək, biz günahsız qayıdanadək yer üzünə yenidən qayıdırıq.

Beləliklə bu cür düşünən adamlar artıq özlərini dəli hesab etməsin ki, nə də olsa dəliliklə dahilik arasında çox incə bir xətt var. Çoxumuza aydındır ki, bir vaxtlar dəli, kafir adı ilə asılanlar, dərisi soyulanlar indi dahi adı altında cəmiyyət tərəfindən öyrənilir. Belə ki, vaxtsız açmış çiçəklər solur.

Eşq dediyimiz duyğu da yuxarıda sadaladıqlarıma uyğundur. Qədim Yunan inancına görə əvvəlcə ilk insanların dörd ayağı, dörd qolu, iki başı var imiş. Bir gün insanlardan biri Zevsi əsəbləşdirir və Zevs bütün insanları cəza olsun deyə kürəyindən ikiyə bölür. İnsanlar isə heç vaxt digər yarıların görə bilmədikləri üçün onları bütün həyatları boyu axtarır, hətta sonrakı həyatlarında belə. Bu axtarışın nəticəsidir elə əsl eşq. Buna görə də tövsiyyə edərdim ki, kimisə və nəyisə gördükdə onu həmən anlamaq yerinə xatırlamağa da cəhd edin.

Bu reinkornasiyalar səbəbi ilə vaxtsız açmış çiçəklər solur, insanlar ömürləri boyu əsl eşqi tapa bilmir, özlərini dəli hesab edir və.s. Əsas olan isə bu həyatlar ərzində vaxtsız da olsa çiçək kimi açmaq, tapa bilməsək də eşqi axtarmaq, bir sözlə mübarizə aparmaqdır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə