YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olub, cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi leytenant Səfərov Şahmar Nazim oğlunun ailəsini ziyarət edib, ailəyə sovqat aparıb və qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, ziyarət zamanı təşkilatın aparat rəhbəri Salman Əbdülov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimizin bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb, hər bir Azərbaycan vətəndaşının şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu və bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.
Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB