Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu səbəblə "Davam" Gənclər Hərəkatı üzvləri üçün bir sıra muzeylərə ekskursiya təşkil edib. SİA-nın verdiyi məlumata görə, bir qrup davamçı gəncin iştirakı ilə Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Yeraltı hamam, Bəylər Məscidi ziyarət edilib.
Gənclər həmin yerlərdə yerləşən və Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar, eksponatlarla tanış olub. Onlar gördükləri nümunələr haqqında bilik və fikir mübadiləsi apararaq ekskursiyanın daha maraqlı olmasını təmin ediblər.
Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB