“Boşanma halları gündəmin aktual, problemli məsələlərindəndir”. Bu sözləri SİA-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, boşanmaq, bir ailənin dağılması çox ciddi problemdir: “Çünki ortada uşaqlar olur. Uşaqların psixasına təsir edir. Burada aliment məsələsi, əmlak bölgüsü kimi çoxlu sayda problemlər ortaya çıxır. Bu həm dövlət üçün, həm cəmiyyət üçün ciddi problemlərdəndir. Hesab edirəm ki, bütün dünyada bu proses eynidir. Bütün dünyada sanki qadına qarşı zorakılığın artımı baş verir və bütün dünyada qadına fiziki zorakılıq aktual məsələyə çevrilib. Bu da davranış problemlərinin olmasından qaynaqlanır. Davranış problemlərinə zorakılığı, tərəflərin sosial rollarının dəyişməsini, qanunun milli davranışa adaptasiya olunması, xəyanəti göstərmək olar. Hər ailənin özündə fərqli məsələlər, hər ailədə özünəməxsus xüsusi problemlər var. Tərəflərin münasibətlərində, tərəflərin təsiri, tərəflərin intellektual dünya görüşü, ümumiyyətlə həyata baxışı və ya uşaqlara münasibəti, onların özünün öz eqolarını uşaqların üzərində tətbiq etməsi uşaqları bu məsələlərə qatması kimi hallara tez-tez rast gəlirik”.
Mheriban Zeynalova həmçinin qeyd edib ki, zorakılıq aktual məsələdir: “Qadınların döyülməsi, xəsarət alması, məhdudlaşdırılması. Amma ənənəvi rolların dəyişməsi kifayət qədər bu məsələlərə öz təsirini göstərir. Yəni ənənəvi olaraq, qadın susmalıdır, danışmamalıdır və yaxud zorakılığa dözməlidir. İnsanların öz azadlığının, öz düşüncə tərzinin formalaşmasına insanların öz problemlərini bərabər həll etməsi ilə razılaşa bilmirlər. Bununla yanaşı, ailənin kökündə dayanan məsələlərdən biri də güvəndir. Güvən olmadıqda təməl ailə münasibətlərində artıq şübhələr yaranır. Şübhələr və inamsızlıq ailənin istənilən davranışına rəvac verir. Ailələrdə ilkin mərhələlərdə artıq bir-birilərinə inamsızlıq yaranır. Bir-birilərinə yoxlama aparırlar, təqib edirlər. Bu güvənsizlik məsələsi bir çox ailənin dağılmasına səbəb ola bilir”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB