Kitab oxumağa həvəsin olmaması sən demə... NƏŞRİYYAT DİREKTORU İZAH ETDİ

Kitab oxumağa həvəsin olmaması sən demə... NƏŞRİYYAT DİREKTORU İZAH ETDİ

“Kitaba maraq azdır fikri ilə razı deyiləm”. Bu sözləri SİA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun dediyinə görə, bu gün informasiya çoxdur: “İnsanlar istədiyi məlumatı müxtəlif üsullarla əldə edə bilirlər. Mənbələri internet, televiziya və saytlar vasitələri ilə əldə edirlər. Amma kitaba maraq azalmayıb. Əksinə son illər kitaba daha da maraq artıb. Hal-hazırda xüsusi karantin rejimi ilə bağlı metrolar işləmir. Amma normalda metrolardakı insanlara diqqət yetirsək xeyli gənc əlində kitab oxuyur. Küçələrdə belə kitab oxuya-oxuya yol gedən gəncləri görürəm".

Şahbaz Xuduoğlu həmçinin qeyd edib ki, kitabı əldə etmək bu gün çox çətinləşib: “Çünki kitab mağazalarının sayı azdır. Regionlarda isə demək olar ki, yoxdur. Amma artıq bunun da həlli var. İnsanlar saytlar vasitəsi ilə kitab sifariş edə bilirlər. Biz gün rayonlara lazım olan kitabları göndəririk. Əvvəlki illərdən fərqli olaraq, bu gün daha çox çeşiddə kitablar var. Müxtəlif sahələrdən bəhs edən, çox maraqlı və əhəmiyyətli, zəngin mətnli kitablar nəşr olunur. Məncə kitab işində xeyli artım var. Demirəm ki, ayrı-ayrı təşkilatlar bəlkə daha çox kitab ala bilərdilər. Çünki əvvəllər hər təşkilatın böyük bir komitənin özünün kitabxanası vardı. İndi həmin kitabxanalar yoxdur. Universitetlərin kitabxanaları yoxdur. Məktəblərin kitabxanaları demək olar ki, var amma çox kitab alınmır. Təşkilatların kitaba diqqəti artsa daha yaxşı olar. Ümumiyyətlə insanların oxuya meyl xeyli dərəcədə artıqdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə