Bakıkart aparatlarında yaranan problemlər nə ilə bağlıdır? REPORTAJ

Avtobus dayanacaqlarında "Bakıkart" aparatlarda müəyyən problemlər yaranıb ki, bu da sərnişinlərin ünvanlarına gecikməsinə və başqa aparat axtarışına düşmələrinə səbəb olur. Ümumiyyətlə, sərnişinlərin haqlı narazılığını nəzərə alaraq məsələ ilə bağlı araşdırma aparmağa çalışdıq və "Sahil" metrostansiyasının yaxınlığında Rəşid Bebudov küçəsindəki dayanacaqların birinə yaxınlaşaraq aparatlardan istifadə etməyə çalışdıq. Biz də digər vətəndaşlar kimi aparatdan istifadə edə bilmədik.

Şəhər sakin: Bu aparatlar təmir etdirilməli və istifadəyə yararlı vəziyyətə gətirilməlidir. Vaxtımızı yeni aparat tapmaqla xərcləyirik. Belə olduqda isə avtobusa vaxtında çata bilmir və gedəcəyimiz ünvana gecirik.

Digər şəhər sakini: Ümumiyyətlə, bir çox dayanacaqdakı aparatlarda bu problemlə üzləşirəm. Daha üç dayanacaqdakı aparata yaxınlaşdım onlar da işlək vəziyyətdə deyildi. Biz məcburuq ki, başqa sərnişinlərin kartı ilə keçək.

Şərnişin: Aparat işləmir, kartımda da pul yoxdur. Hər zaman taksidən istifadə edə bilmirik. Kimsədən xahiş etdikdə isə ya kartından istifadə etməyə icazə vermir, ya da keçirəndən sonra pul götürmür. Belə olduqda isə insan utanır. Bu aparatlardan rahat istifadə etməyimizi təmin etsinlər.

Bakı Nəqliyyat agentliyindən şikayətlər bitib tükənmir. Dayanacaqlarda olan yükləmə asparatlarının ya işləməməsi, ya da ümumiyyətlə aparatların olmaması sərnişinlərə ciddi problem yaradır. Əlbəttə sərnişinlərin rahatlığı birinci növbədə düşünülməli, dayanacaqlarda yükləmə aparatı qurularaq işlək vəziyyətə gətirilməlidir. Təəssüflər olsun ki, BNA tərəfindən bu istiqamətdə ciddi addımlar atılmır.

Məsələ ilə bağlı BNA müraciət etdik. BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev zənglərimizə cavab vermədi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...