"Festival xalqımızın zəfər və ləyaqət bayramıdır" MƏQALƏ

"Festival xalqımızın zəfər və ləyaqət bayramıdır" MƏQALƏ

Azərbaycanın minillərə söykənən qədim mədəniyyəti vardır. Dünya mədəniyyət tarixində özünə məxsus yeri olan xalqımızın qədim mədəni dəyərləri bugün də inkişaf etməkdədir. Özünəməxsusluğu ilə fərqlənən Odlar yurdunun çoxşaxəli mədəniyyəti dünya xalqlarının daim diqqət mərkəzində olmuşdur.

44 günlük Vətən müharibəsində qazandığımız qələbə tək bizə torpaqlarımızın qaytarılması ilə nəticələnmədi. Həmçinin tarixi mədəniyyətimizə yenidən qovuşmağımıza vasitə oldu. Müharibələr xalqların mədəniyyətini məhv edir. Bunu hər bir müdrik insan bilir. Ancaq bizim haqlı müharibəmiz bizə mədəniyyətimizi qaytardı. Vətən müharibəsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Minillər boyu yaşatdığımız mədəniyyətimizin erməni vandallarından xilas olması bizə yeni imkanlar yaratdı. Biz dünyaya qədim xalq olduğumuzu bir daha sübut etdik.

Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə 8 noyabr 2020-ci ildə azadlığa qovuşan Qədim Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək; “Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir”.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir idi. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində təcəssümü idi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirməklə yanaşı dünya mədəniyyət tarixinə yeni şərəfli səhifə yazdı. Multikultural dəyərlərə malik Azərbaycan xalqı torpaqlarımızda yaşayan bütün etnik qruplara bərabər imkanların yaradıldığını yenidən sübut etdi. “Xarıbülbül” festivalı xalqımızın zəfər və ləyaqət bayramıdır. Qürurumuza çevrildi. Milli birliyimizi dünyaya göstərdi. Muğamın, dünya musiqisinin beşiyi olan Qarabağ yenidən xalqına qovuşdu.Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması danılmaz faktdır. Mehriban xanım Əliyeva muğamı daim diqqət mərkəzində saxlaması və vaxt gələcək “Bayatı Şiraz” Şuşada səslənəcək deməsi bugün reallaşdı. Bayatı Şiraz muğamı üzərində Abbas Səhhətin “Vətən” şeirinin səsləndirilməsi möhtəşəm musiqi festivalının ən gözəl kompozisiyası oldu. Bu ifa dünya mədəniyyət tarixinə qızıl hərflərlə yazılacaqdır.

Xarıbülbül festivalının müqəddəs Ramazan bayramı ilə eyni vaxta düşməsi gözəl hadisə oldu. Bayram namazı Yuxarı Gövhərağa məscidində qılındı. Bu tariximizə qovuşmağımız idi. Şuşamıza qayıtdığımızın barız nümunəsi idi. Qarabağ xanı Pənahəli xanın bizə miras qoyduğu Şuşa şəhəri mədəniyyətimizin mərkəzinə çevrilmiş, milli, dini və mənəvi köklərimiz Şuşa şəhərinin simasında daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Elzamin Həsənov

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor muavini

Bütün xəbərlər Facebook səhifəmizdə