YAP Daşkəsən rayon təşkilatında Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi
Bu gün, 17 may 2021-ci il tarixdə YAP Daşkəsən rayon təşkilatında rayonun Zəylik kəndindən olan yaralı, müddətdən artıq hərbi xidmətçi olmuş Həsənov Şahlar İmamverdi oğlu ilə görüş keçirilib. Ş.Həsənov keçdiyi döyüş yolundan danışmış və Kəlbəcər rayonunun işğaldan azad olunmasında yaralandığını bildirib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev müharibədə iştirak etmiş bütün hərbi xidmətçilərə göstərilən diqqət və qayğının ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nəzarətində olduğunu bildirib.
Yekunda Ş.Həsənova tezliklə öz sağlamlığına qovuşması arzulanaraq, ona ərzaq bağlaması təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB