Valideyn övladını çoxdilli böyütmək üçün nə etməlidir?

Valideyn övladını çoxdilli böyütmək üçün nə etməlidir?

Erkən uşaqlıq dövründə çoxsaylı dil öyrənməsinin linqvistik, nevroloji və sosioloji xüsusiyyətlərini araşdıran həkim Belma Haznedar dil öyrənməyə erkən yaşlarda başlamaq barədə aşağıdakı məqamlarla diqqət çəkib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dil öyrənməyə erkən yaşlarda başlamaq bir çox cəhətdən əlverişli ola bilər.

Həmçinin, tədqiqatçılar arasında bu mövzuda ciddi fikir ayrılıqları var. Təməl ünsiyyət bacarıqlarının xaricində bir dili akademik şəkildə öyrənmək 5-7 il çəkir. Bu mənada nə qədər tez başlasanız və nə qədər yaxşı çalışsanız, bir o qədər yaxşı nəticələr əldə edə bilərsiniz.

Yaş faktoru ilə yanaşı, ikinci bir dil öyrənmək üçün ev və ya məktəb kimi mühitlər də vacibdir: “Uşağın evdə nə qədər danışdığı, yaşadığı cəmiyyətdə və məktəb mühitində dəstəklənməsi çox vacibdir. Sinifdə ikinci dil tədris edildiyi zaman dilin böyük ölçüdə şəxsi həyat elementlərindən məhrum olduğunu görürük. İntensiv xarici dil təhsilinin həyata keçirildiyi məktəblərdə bu, ölkəmizdəki təhsil proqramlarının ümumi normasını təşkil etmir. Bəzi araşdırmalarda erkən uşaqlıqdan daha çox sonrakı illərdə başlayan dil öyrənilməsinin daha yaxşı nəticələr verdiyini göstərən dəlillər var.

Bu nəticələr təkcə yaşın deyil, uşağın yaşadığı öyrənmə mühitinin, evdə neçə kitab oxunduğunun və ailənin təqdim etdiyi fürsətlərin əhəmiyyətidir. Məsələn, evdə kitablarla böyüyən uşağın zəngin söz bazasına və danışdığı dillərdə ifadə dilinə sahib olduğu görülür.

İki dillilik haqqında miflər

Belma Haznedar, ana və atalar üçün hazırladığı bölmədə, iki dilliliklə bağlı ən maraqlı sualları və məlum səhvləri özündə cəmləşdirir. Bunlardan bəziləri:

İki dildə danışmaq uşağımın beynini qarışdıracaqmı?

Bu sualın cavabı 'Xeyr' dir. Bəzən analar və atalar uşağın hər iki dildən sözləri eyni cümlədə istifadə etməsini qarışıqlıq kimi qəbul edə bilərlər. Bu, ikidilli ədəbiyyatda dil dəyişdirmə və ya mexanizm dəyişdirmə kimi tanınır. Bu böyüklərin də tez-tez etdiyi normal istifadədir.

Uşağım hər iki dildən eyni dərəcədə səlis və düzgün istifadə edə bilərmi?

Ən səhv anlaşılan məsələlərdən biri, ikidilli uşağın hər iki dildə eyni dərəcədə səlis və düzgün danışmağıdır. İki dilli insanlar təhsil imkanlarına, evə, cəmiyyətə və iş şəraitinə çıxış imkanları səbəbindən hər iki dilə eyni seviyyədə yiyələnə bilməzlər. Bundan əlavə, ikidilli insanlar fərqli səbəblərlə, fərqli mühitlərdə fərqli işlərlə məşğul olmaq üçün başqa dil istifadə edirlər.

İki dillilik uşağımı daha ağıllı edir?

İki dillilik uşağınızı daha ağıllı etməz. İki dildə danışmağın uşağın inkişafı üçün faydaları var. Ancaq bu, ikidilli uşaqların daha ağıllı olduğu anlamına gəlmir. Ədəbiyyatda bu mövzuda heç bir elmi məlumat yoxdur.

Ana və atalar ikidilli uşaq böyütmək istəsələr nə etməlidirlər?

Övladlarınızla rahat hiss etdikləri dildə danışın! Birlikdə vaxt keçirməli, oyunlar oynamalı, müxtəlif yollarla ünsiyyət qurmağın yollarını axtarmalıdırlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə