Uşaqlarda və ya yetkinlərdə meydana gələn davranış problemi ətrafdakıları narahat edən, davamlı və inkişaf dövrü üçün uyğun olmayan davranışlardır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixoloq Müjde Yahşi mövzu ilə əlaqədar vacib məlumatlar verib.
Uşaqdakı davranışın normal və ya anormal olduğunu göstərən 4 əlamət:
1- Hər şeydən əvvəl uşağın yaşına və inkişafına baxmalıyıq.
Məsələn, 2-5 yaşlı uşağın inadkar və eqoist olması normal olsa da, 10 yaşındakı uşaq üçün bu xüsusiyyətlər anormaldır.
2- Davranışın şiddətinə baxmalıyıq.
Məsələn, yeniyetmə uşaq hirsini təcavüzkar münasibətlərlə göstərirsə və hirsinə hakim ola bilmirsə bu normal deyil.
3- Davranışın davamlılığına baxmalıyıq.
Məsələn, 5 yaşdan yuxarı uşağın altını ən azı 3 ay islatması normal deyil.
4- Cinsi şəxsiyyətinə uyğun davranırsa, müşahidə etməliyik.
Belə ki, oğlanın oğlan, qızın da qız kimi davranmasını gözləyirik. İnkişaf prosesi zamanı uşağın davranışında davamlı dəyişikliklər olur, bu tamamilə normaldır. Uşaq fiziki cəhətdən inkişaf etdiyi kimi, daha da boy atır və kökəlir. Eyni zamanda idrak, emosional və sosial inkişaf da göstərir. Bütün bu inkişaflar uşağın davranışına müsbət və ya mənfi təsir göstərir. Uşaq inkişaf etdikcə mütləq eniş-yoxuş olacaq, amma əsas məsələ onun davranışının təməlində dayanan kök probleminin olub-olmamasıdır.
Bu səbəbdən uşağınızı narahat edən davranışa dərhal etiket verməyin, övladınızın əslində niyə bu davranışı göstərdiyini anlamağa çalışın.Uşaqlarınızın sağlam inkişafında valideynlər ən vacib müşahidəçi və bələdçi olmalı olduğunu unutmayın.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB