Yediyimiz qidalar həm zehni, həm də fiziki sağlamlığımıza təsir edir. Sağlam olmayan yeməyi çox yemək, hər gün ehtiyac duyduğumuz sağlam qidaları qəbul etməmək, duz və şəkərdən çox miqdarda istifadə etmək və içki işmək kimi zərərli şeyləri əhatə edir. Zərərli qidaları nə qədər çox qəbul etsək bədənimizə lazım olan qidaları istehlak etmə ehtimalı o qədər az olur.
Brokoli və şokolad arasında seçim etməli olsaydıq bir çoxumuz şokolada üstünlük verərdik. Yaxşı sağlam qidalardan daha çox işlənmiş qida və ya şəkərli qəlyanaltı istehlak etdiyimiz zaman bədənimiz necə təsir edir?
Məlum olduğu kimi, bağırsaqlarımızda milyardlarla faydalı bakteriya yaşayır. Son araşdırmaya görə, həzm sistemimizdə 1400 müxtəlif növ bakteriya və mikroorqanizm var. Bu bakteriyalar istehlak etdiyimiz bəzi qidaları həzm etməyə kömək edir. Daha da əhəmiyyətlisi bağırsaqlarımızı müxtəlif xəstəliklərdən qoruyur. Əslində bəzi araşdırmalara görə bakteriyaların ifraz etdiyi bəzi maddələrin psixologiyamıza da təsiri var.
Çoxlu "fast food" məhsulu qəbul etmək həzm sistemindəki bakteriya adlı dostlarımızın sayında ciddi azalma baş verir. ABŞ-da bir professor bunu öyrənmək üçün oğluna 10 gün "fast-fud" yeməyi tapşırır. Sonra baş verənlərə baxır. Uşağın həzm sistemindəki bakteriyaların demək olar ki, hamısı yox olur. Bundan əlavə, bağırsaqlar sağlamlığını itirməyə başlayıb.
Yemək vərdişlərimizlə bədən çəkimiz arasında güclü bir əlaqə var. Tədqiqatlar göstərir ki, yüksək miqdarda yağ və şəkərlə yüksək enerjili bir pəhriz istehlak edən şəxslərin bədən çəkisi və yağ nisbətləri daha yüksəkdir. Bədənimizdəki yağ miqdarının artması II növ diabetə tutulma riski yaradır. Bundan əlavə, yüksək dərəcədə zərif qidaların qəbulu qanda şəkərin səviyyəsində sürətli dalğalanmalar baş verir.
Ziyanlı hesab edilən qidaların bir çoxu tərkibində trans yağlar, soya yağları olan, daha çox emaldan keçirilən, təbii olmayan, yüksək şəkər, duz tərkibli, qızardılmış, yüksək temperaturda hazırlanan, dondurulmuş, yarım fabrikat məhsullardır.
Bu sırada qızartma toyuq əti, toyuq “nugget”i, mikrodalğalı sobada partladılan qarğıdalı, şirnilər, emal olunmuş somon balığı, bol yağda qızardılan ətlər və tərəvəzlər, ağ un, bu undan hazırlanan məhsullar, çips, qəhvə kremi, sosislər, sosisli sendviçlər, dondurulmuş balıq və dəniz məhsulları, marqarin yağları, turşular, vetçinalar, kekslər, şokoladla örtülmüş şirniyyatlar, quru meyvələr, sənaye üsulu ilə hazırlanan dondurma, salat sousları, konservləşdirilmiş hazır şorbalar, bulyonlar, jelelər, idman içkiləri və s. var.
Qeyd edək ki, bu qidalar “sağlamlığın düşməni” kimi təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə