Mədəniyyət və Turizm Nazirliyi: “Ermənistanın birbaşa Azərbaycana turist göndərməsi mümkünsüzdür”
Ermənistan tərəfinin nə Azərbaycanla turizm sferasında danışıq aparması, nə də onların birbaşa Azərbaycana turist göndərməsi mümkünsüzdür. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Ermənistan Turist Agentlikləri İttifaqının turistlərə regional turizm paketlərində Azərbaycanın da adını daxil etməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayana qədər Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: "Azərbaycan, Ermənistan, Gürcüstan Cənubi Qafqaz ölkələridir. Sadəcə olaraq onlar turizm paketlərində Ermənistana gələn turistin Gürcüstana oradan isə Azərbaycan səfər edə bilməsi ilə bağlı məlumat yerləşdirə bilərlər. Yəni Cənubi Qafqaz marşrutu kimi. Burada təhlükəli heç bir şey yoxdur. Azərbaycan açıq ölkədir və kimsə Gürcüstandan Azərbaycana gələmək istəyirsə, buyursun. Eyni zamanda turistlər bədbəxt Ermənistanı gördükdən sonra gəlib inkişaf edən Azərbaycanı da görsünlər".
Qeyd edək ki, Ermənistan Turist Agentlikləri İttifaqının sədr müavini Yeqişe Tanaşyan bildirib ki, turistlər paketlərə maraq göstərir və Ermənistan regional turizmin inkişafına çalışmalı və bunun üçün Gürcüstan, Azərbaycan, Türkiyə və Rusiya ilə əməkdaşlıq etməlidir. "Bu, turizmin gələcəyidir", - deyə Ermənistan Turist Agentlikləri İttifaqının sədr müavini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB