"E-Azərbaycan" və "E-Hökumət" proqramlarının Əlaqələndirmə Şurasının toplantısı keçirilib

"E-Azərbaycan" və "E-Hökumət" proqramlarının Əlaqələndirmə Şurasının toplantısı keçirilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədilə "Elektron Azərbaycan" Dövlət Proqramı və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyası, Nazirlər Kabineti və qeyd olunan proqramların icraçıları olan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


Toplantını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov dövlət başçısı tərəfindən mayın 23-də imzalanmış fərmanın ölkədə elektron hökumət formalaşdırılması üzrə aparılan işlərə təkan verdiyini, dövlət orqanları ilə təmasda vətəndaşların müasir informasiya texnologiyalarından istifadə edərək elektron xidmətlərdən yararlanması üçün ciddi tapşırıqların nəzərdə tutulduğunu qeyd edib. Nazir müavini 2010-cu ildə qəbul edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramı və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının davam etdirildiyini bildirib. Həmçinin, dövlət orqanlarında lisenziyalaşdırılmış kompyuter proqramlarının tətbiqi məsələlərinə hökumət tərəfindən diqqət yetirildiyini və bunun dövlət orqanlarında informasiya təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacağını qeyd edib.


Daha sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramı və "Elektron hökumət" Fəaliyyət Proqramının icrasının cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. E.Vəlizadə Dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili və onların "bir pəncərə" prinsipi əsasında "Elektron hökumət" portalında cəmləşdirilməsi üçün görüləcək işlərlə bağlı təqdimatla çıxış edib.


İclasın sonunda "E-Azərbaycan" Dövlət Proqramı və "E-Hökumət" Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi və fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı təkliflərin hazırlanıb Nazirliyə və onların ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilməsi, dövlət qurumlarında lisenziyalı proqram təminatının tətbiqinə dair təkliflərin hazırlanması ilə bağlı qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com