NBA əfsanəsinin qəzası barədə yenilik

NBA əfsanəsinin qəzası barədə yenilik

Kobe Bryantın həyat yoldaşı Vanessa Bryant, Los-Ancelesin Calabasas bölgəsindəki vertolyotun qəzasının fotolarını sızdıran polis məmurlarına qarşı iddia qaldırıb. SİA-nın verdiyi məlumata görə, məhkəmə, Vanessa Bryantın fotoşəkil sızdıran 4 polis məmurunun adlarını almasına qərar verdi.

Hakim John F. Walter tərəfindən imzalanan qərarda; "Məhkəmə bu işə medianın diqqətinə cəlb olunduğunu qəbul edib, şübhəli qismində olan məmurların xalqın məxfiliyini pozmaq iqtidarında olmadığını bilirib".

Qeyd edək ki, Kobe Bryant, qızı Gianne və yanındakı 7 nəfərlə birlikdə basketbol məşqinə gedərkən Ara Zobayan tərəfindən idarə olunan helikopterin qəzaya uğraması nəticəsində ölüb. Hadisə yerinə gedən polis məmurları dağıntıdan çəkdikləri fotoları mətbuata və sosial mediaya təqdim etmişdilər. Kobe Bryantın həyat yoldaşı Vanessa Bryant, bu mövzuda şəxsi məxfiliyini pozan fotoların sızması ilə əlaqədar bir iddia qaldırıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə