Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 623 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 168 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 795 049, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 030 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 764 218 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə