"Dövlətimiz bu dəyərləri qoruyur və hər zaman da qoruyacaqdır" DEPUTAT İZAH ETDİ

“Müharibə dövründə Müqəddəs Məryəm Ana Alban kilsəsində və Müqəddəs Yelisey adına Corati kilsəsində Heydər Əliyev Fondu tərəfindən təmir və quruculuq işləri həyata keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident və Mehriban xanımın həmin kilsəni və eləcə də digər alban kilsəsini ziyarət etməsi Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bir daha təsdiq edir: “Bir neçə gün bundan qabaq cənab Prezident Şuşada səfərdə idi. Cənab Prezident Şuşada Gövhərağa məscidinin açılışında və yeni məscidin təməlini qoyulmasında iştirak etdi. Bu həm də onun göstəricisidir ki, Azərbaycanda bütün abidələrə, dinlərə eyni, bərabər münasibət var. Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bu dəyərlərə sadiqdir. Bu dəyərlərin qorunması üçün lazımi bütün addımlar dövlətimiz tərəfindən atılır və hər zaman atılacaqdır. Bu gün Azərbaycan tolerantlıqda, multikulturallıqda, dəyərlərə münasibətdə unikal nümunədir”.

Deputat həmçinin qeyd edib ki, bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, orada ayrı-ayrı dinlərin, xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır: “Biz bunun unikal nümunəsini göstəririk. Azərbaycanın bu yanaşması dünya birliyi, dünya ölkələri tərəfindən də çox yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən sayılır. Bu gün dövlətimiz bu dəyərlərə sadiqdir. Bu dəyərləri qoruyur və hər zaman da qoruyacaqdır. Həmin kilsə Qafqaz Albaniyasının irsinin unikal nümunələrindən biridir. Tarixdə ən çox saxtalaşdırmağa, ən çox təcavüzə, haqsızlığa məruz qalan irslərdən, mədəniyyətlərindən biri də Qafqaz Albaniyasının mədəniyyəti irsidir. Azərbaycan bu adımı atmaqla həmin dəyərlərə sahib çıxdığını, bu dəyərləri qoruduğunu, önəm verdiyini bir daha göstərir. Hər zaman Azərbaycan bu dəyərlərə sahib olub və olacaqdır. Azərbaycan Ermənistandan fərqli olaraq, multikultural ölkədir. Bu gün həm də biz dünyaya mesaj verir ki bizim ölkəmiz bu dəyərlərə sadiqdir. Bu dəyərləri qoruyur və qoruyacaqdır”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə