"Bu tərbiyəsizlikdən başqa bir şey deyil" EKSPERTDƏN SƏRT REAKSİYA

“Yaralı yerimdir. Ümumiyyətlə siqaretə qarşı çox dözümsüzəm. Şəxsən özüm nə evdə, nə maşında, nə də ofisdə siqaret çəkilməsinə izn vermirəm. Hətta ən hörmətli adamlara belə. Özüm də siqaret çəkmirəm. Ümumiyyətlə isə siqaretdən iyrənirəm. Belə bir şəraitdə insanların qapalı məkanda, özəlliklə də evdə - ailə içində siqaret çəkə bilməsini heç cür anlamıram. Hələ bəzən evlərdə körpələrin olduğu şəraitdə siqaret çəkənlər də olur. Mədəniyyət məsələsidir məncə. Ev bir yana, binaların bloklarında, liftin içində belə siqaret çəkən anlamaz insanlar doludur ətrafda. Yəni mənim ağlım bu cür insanları anlaqda çox çətinlik çəkir”. Bu sözləri SİA-ya açıqlamasında sosial ekspert Azər Həsrət qeyd edib.

Onun sözlərinə görə, yasaqlara rəğmən siqaret çəkmək isə tərbiyəsizlikdən başqa bir şey deyil: “Əslində, normal cəmiyyətlərdə qapalı məkanlarda siqareti yasaqlamaqla bağlı əlavə xəbərdarlığa gərək olmur. Bəzən bunu etməyə məcbur olurlar. Lakin belə bir durumda da kimsə qalxıb içəridə siqaret çəkirsə, onun insanlığı ciddi şəkildə müayinədən keçirilməlidir. Bütövlükdə siqaret çəkilməsini aradan qaldırmaq üçün, məncə, ciddi maarifləndirmə işləri aparılmalıdır. Onun sadəcə çəkənə zərəri ilə bağlı deyil, üstəlik bir ədəbsizlik görsənişi olmasıyla bağlı da”.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə