Bakı-Xırdalan-Sumqayıt qatarının hərəkəti bərpa olundu

Bu gündən Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilib. SİA xəbər verir ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.

Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə