Saralmış dırnaqlara son TÖVSİYYƏ

Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır. Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburən həmişə dırnaq boyası sürtməli olacaqsınız və bu da dırnaqların saralmasını daha da artıracaq. Ya da problemi kökündən həll etməlisiniz.

SİA xəbər verir ki, dırnaqlardakı saralmanın ən əsas səbəblərindən biri tünd rəngli dırnaq boyalarıdır. Bu boyaların uzun müddət qalması dırnaqlarda pas ləkəsinə səbəb olur. Dırnaqlardakı saralmanın əsas iki səbəblərindən biri siqaretdəki nikotin və qətrandır. Əgər siqaret çəkirsinizsə, dırnaqlardakı saralmanın qarşısını almaq üçün siqareti tərgitməlisiniz.

Hidrogen peroksid və qabartma tozu

Kiçik bir qabın içində 2 yemək qaşığı yarım qabartma tozu və 1 yemək qaşığı qədər hidrogen peroksidi qarışdırın. Yaxşı qarışdırdıqdan sonra ucu pambıqlı bir çubuqla qarışımı bütün dırnağınıza sürtün. 3 dəqiqə dırnağınızda saxladıqdan sonra su ilə yuyun. Bu üsulu hər 6 həftədən bir təkrarlayın.

Soda

Kosmetik sahədə sıx istifadə edilən sodadan dırnaqları ağartmaq üçün də istifadə edilir. 1 çay qaşığı qədər sodanın üzərinə 1 çay qaşığı qatıq əlavə etdikdən sonra bir az su da əlavə edə bilərsiniz. Bu qarışım ilə dırnaqlarınızı ovduqdan sonra gözləmədən yuyun. Həftədə 3 dəfədən çox etməyin.

Limon suyu
Dırnaqlarınızı limon suyunun içərisinə salaraq 10-15 dəqiqə gözləyin. Bu prosesi dırnaqlarınızdakı saralma keçənə qədər hər gün edin.

Mineral su və süd
Hər ikisindən eyni miqdarda götürüb bir kassada qarışdırın. Dırnaqlarınızı bu qarışımın içində 5 dəqiqəyə qədər saxladıqdan sona dırnaqların üst qismini "pilka" ilə təmizləyərək işi yekunlaşdırın.

Diş pastası
Diş məcunu ilə dırnaqların ağardılması da olduqca effektli bir üsuldur. Bir dış fırçası ilə diş məcununu dırnaqların üzərinə sürtüb fırçalayın. Fırçaladığınız dırnaqları yumadan əvvəl 10 dəqiqə elə vəziyyətdə saxlayın.

Pomidor suyu
Yarım stəkan pomidor suyu və 2 yemək qaşığı zeytun yağını qarışdırın, barmaqlarınızı bu qarışımda 10 dəqiqə saxlayın. Sonra su ilə durulayın.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə