Suraxanı rayonunda xeyriyyə tədbiri həyata keçirilib FOTO

Suraxanı rayonunda xeyriyyə tədbiri həyata keçirilib FOTO

YAP Suraxanı rayon təşkilatı və "Birlik" xeyriyyə təşkilatı müqəddəs Ramazan bayramı ərəfəsində ortaq xeyriyyə tədbiri həyata keçirmişdir. SİA-nın verdiyi məlumata görə, "Birlik" xeyriyyə təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına ünvanlanmış müraciəti əsasında Suraxanı rayonu ərazisində ortaq xeyriyyə tədbiri baş tutub. Belə ki, xeyriyyə təşkilatının bağlamalar şəklində təqdim etdiyi bayram sovqatları YAP Suraxanı rayon təşkilatının rəhbərliyi, aparatı və Gənclər Birliyinin fəal üzvlərinin iştirakı və vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlərə müvafiq olaraq müəyyən olunmuş 30-dan artıq ünvana çatdırılıb. Rayon ərazisində aztəminatlı ailələrin müəyyən olunması və bağlamaların ünvanlara çatdırılması YAP Suraxanı rayon təşkilatının daxili imkanları hesabına həyata keçirilib.

Sonda ziyarət olunmuş və bayram sovqatı təqdim olunmuş ailələr hər iki təşkilata öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə