Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının olduğunu, dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini, çox hörmətli Mehriban xanım Əliyevanın humanitar sahədə gördüyü xeyirxah işləri öz sosial fəaliyyətinin əsası hesab edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il müqəddəs Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı təqdim edib. SİA-nın verdiyi məlumata görə, bayram süfrəsində olan bütün təamların yer aldığı bağlamalar YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin fəal üzvləri vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ünvanlara çatdırılıb.
Milli-mənəvi dəyərlərin ən gözəl nümunəsinin yaşandığı və xalqımızın ülvi amallar uğrunda öz rəhbəri ətrafında birləşdiyi bu müqəddəs günlərdə dini, milli bayramlarımız vahidliyimizi qorumaq üçün fürsətdir. Məhz bu səbəbdən şəhid ailələri, qazilər, keçmiş məcburi köçkün ailələri və maddi yardıma ehtiyacı olan rayon sakinləri Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən ziyarət edilmiş, onların cari problemləri ilə maraqlanılmış və bəzi məsələlər rayon təşkilatının rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
Ramazan bayramı ilə əlaqədar ziyarətlər zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, ölkə və partiya rəhbərliyinin, xüsusi ilə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın əhalinin həssas təbəqəsinə olan münasibəti rayon təşkilatı üçün etalon təşkil etməkdədir. Vüqar Seyidov bayram sovqatlarının çatdırılması əsnasında qeyd etmişdir ki, hər zaman Ulu Öndər Heydər Əliyevin xalqa məhəbbətini, cənab Prezidentin xalqı naminə gördüyü işləri və birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar fəaliyyətini əldə rəhbər tutan YAP Suraxanı rayon təşkilatı bundan sonra da hər zaman yardıma ehtiyacı olan vətəndaşların yanında olacaq.
Sonda ziyarət olunmuş ailələr diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB