"Əsgərə Məktub" layihəsi davam edir - FOTOLAR

"ASAN könüllüləri" təşkilatının "Əsgərə məktub" layihəsi davam edir. SİA xəbər verir ki, vətəndaşlarımız tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Azərbaycan Xüsusi Təyinatlılarının Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.

Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan "Komando" verilişi çərçivəsində baş tutub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə