Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi "18 iyun İnsan Hüquqları günü"nə həsr olunmuş "İnsan haqlarına dair gənclər festivalı" nın keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, gənclər arasında insan hüquqlarının təbliğ olunması, insan hüquqlarına dair biliklərin artırılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi keçirilən festivalın əsas məqsədidir.
Festival çərçivəsində iki müsabiqə: Esse "Müasir dünyada insan hüquqları", Rəsm "Mənim hüquqlarım" müsabiqəsi keçiriləcək.
Müsabiqənin şərtlərinə gəlincə rəsm müsabiqəsində 14-25, esse müsabiqəsində isə 14-29 yaş həddində olan yeniyetmə və gənclər iştirak edə bilərlər.
Müsabiqəyə qatılan iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir. Təqdim edilən əsərə müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi əlavə olunur.
Qeyd edək ki, iştirakçı qeyd edilən vərəqənin nüsxəsini www.mys.gov.az saytından, eləcə də müsabiqə üçün rəsm əsərlərinin toplandığı ünvandan əldə edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB