Mətbuat prospektində tıxac BNA RƏSMİSİ DANIŞDI

Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək olan hissədə təmir işləri aparılır. SİA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyə qədər məhdudiyyət qoyulub və həmin hissədə nəqliyyat müvəqqəti olaraq yolun əks hərəkət olan hissəsinə yönləndirilir.

Belə ki, aparılan təmir işləri Mətbuat prospektində və A.Şərifzadə küçəsində həmin hissədə sıxlığa səbəb olur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə