Şuşada təməli qoyulan məscid 8 rəqəmi şəklində olacaq

Mayın 12-də Şuşada təməli qoyulan yeni məscid kompleksi 8 rəqəmi, minarələri isə 11 rəqəmi şəklində olacaq.

SİA xəbər verir ki, məscid kompleksinin layihəsində əks olunduğu kimi, bu, Şuşanın noyabrın - 11-ci ayın 8-də azad edilməsini simvolizə edir.

Qeyd edək ki, sözügedən məscidin təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti qeyd edib ki, məscidin təməlqoyma günü təsadüfən seçilməyib: “Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq”.

Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Şuşa şəhərinə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...