"Müharibədə çoxluq ona görə Azərbaycanın yanında idi ki,..." DEPUTATDAN MÜNASİBƏT

“Bu gün Azərbaycan müxtəlif dinlərin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı unikal məkanlardan biridir. Ölkəmizdə müsəlmanlar, yəhudilər, xristianlar bir-biri ilə qarşılıqlı sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Azərbaycan hökuməti onların ölkəmizdə rahat yaşaması üçün lazımi bütün addımları atır. Azərbaycan hökumətinin əsas siyasəti ölkədə milli-mənəvi dəyərlərin qorunması və təbliğidir. Ölkəmizdə vicdan və etiqad azadlığı ən yüksək səviyyədədir. Bütün dinlərə bərabər münasibət var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, digər ölkələr öz dinindən başqa bir dinə yer vermir: “Hətta, digər ölkələrin qanunvericiliyində də bu belədir. Azərbaycanda isə heç bir din arasında fərq qoyulmur. Bizim güclü olmağımızı təmin edən amillərdən biri də birlik və həmrəyliyin olmasıdır. Elə bu səbəbdən də müharibə dönəmində çoxluq Azərbaycanın yanında idi. Onlar Azərbaycanın qələbə qazanması üçün bütün imkanlarını səfərbər etməyə hazır idilər. Azərbaycan öz dini təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə