Masallı gəncləri Bakı şəhərinə səfər ediblər

Gənclərin İnkişaf və Kariyera Mərkəzi Masallı nümayəndəliyinin təşkilatçılığı, YAP Masallı rayon Gənclər Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə Masallı gəncləri Bakı şəhərinə səfər ediblər.

Səfər zamanı gənclərimiz Fəxri Xiyaban, İkinci Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Fəxri Xiyabanda Gənclərimiz Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın məzarı üstünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra 2-ci Fəxri xiyaban və Şəhidlər Xiyabanına səfər zamanı gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğurunda şəhid olan hərbçilərimizin məzarları üstünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.

Gənclərimiz Hərbi Qənimətlər Parkına səfər zamanı 2-ci Qarabağ müharibəsi zamanı əldə edilmiş qənimətlərlə yaxından tanış olaraq xatirə şəkilləri çəkdiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə