Prezident Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Prezident Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə