Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu mətbuat konfransı keçirib - TƏDBİR
Bu gün Trend İnformasiya Agentliyinin konfrans zalında Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu tərəfindən mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirib.
Qurumun rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qurumlarındakı korrupsiya, rüşvət və süründürməçiliyə qarşı daha ciddi mübarizə aparmaqdan ötrü ictimai nəzarəti gücləndirmək üçün vətəndaşların fəal iştirak etməsini təşkil etmək barəsində tapşırıqlar verib: "Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərancamlar imzalanıb. Bunu etmək üçün hamımız bir hədəfə vurmalıyıq".
S.Oruc sözünə davam edərək bildirib ki, dövlət başçısı Azərbaycanın hər bir vətəndaşının bütün xoşagəlməz hallar, ədalətsizliklər, əsassız tələblər haqqında Prezident Administrasiyasına, yerli icra hakimiyyəti orqanlarına məlumat verməyə çağırmış, bu nöqsanların tezliklə aradan qaldırılması barəsində tapşırıqlar verib.
Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliklərində nazirlərin iştirakı ilə keçirilən iclaslarda korrupsiyadan, rüşvətxorluqdan və süründürməçilikdən danışılıb və adı çəkilən nazirliklərdən 30-40 nəfərdən artıq rəhbər işçilərin işdən çıxarildığı qeyd olunub.
"Bu sirr deyil ki, Bakının doğum evlərində körpənin dünyaya gəlməsi xərci 400-700 manata başa gəlir. Xəstələrə göstərilən hər bir xidmət üçün haqq alınır. Buna görə də çox vaxt az təminatlı, imkansız ailələr körpələrini evdə dünyaya gətirməyə məcbur olurlar. Amma hələ ki, rüşvətin tüğyan edildiyi doğum evlərinin və mərkəzi xəstəxanaların heç birinin rəhbəri işdən cıxarılmayaraq məsuliyyətə cəlb olunmayıb. Buna görə də Bakı şəhərində Semaşka, Mərkəzi Nevrocərahiyə xəstəxanalarında, Sabunçu rayon doğum və Nizami rayonunda yerləşən 7 saylı dööum evinin həkimlər heç nədən çəkinmədən ora üz tutan xəstələrdən hər bir müalicə üçün yüksək məbləğdə rüşvət odəməyi məcbur edirlər. Bu barədə Səhiyyə Nazliyinin Bakı şəhər Səhiyyə idarəsinin rəhbərliyi ilə görüşmək istəsək də adı çəkilən idarənin rəhbəri nədənsə bizi qəbul etməyib", S.Oruc qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin korrupsiya, rüşvətxorluq və süründürməçilik hallıarına görə 30-40 nəfərdən artıq rəhbər işçilərin işdən çıxarildığını və onların cinayət məhsuliyətinə cəlb olunduğu deyən natiq bu barədə iştimayyətə məlumat verildiyini desə də, Səhiyyə Nazirliyinin elektron saytında və ya mətbuat orqanlarında konkret olaraq hansı tibb müəsisəsində vəzifəli şəxsin, hansı idarə rəhbərinin işdən uzaqlaşdırılması barəsində ictimayyətə heç bir məlumat verilməyib. Sdəcə olaraq Səhiyyə Nazliyinin mətbuat xidməti vastəsi ilə statistiq rəqəm olaraq 39 nəfər tib işçisi tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu isə ictimaiyyət arasında adı çəkilən nazirliyin korrupsiyaya qarşı aparılan işlərini şübhə altına alır.
Buda sir deyil ki, bu gün tibb müəssələrində çalışan tib işçilərinin məvacibləri həddindən artıq az məbləqdədir. Həkimlərin aylıq məvacibi orta hesabla 160 – 240 manat, tib bacılarının məvacibi isə 125 manat məbləğindədir bundanda sosiyal sıörtalar tutulur.
Tibb işçilərinin maşlarının normal yaşayış üçün nəzərdə tutulmuş məbləğdən dəfələrlə aşağı olması səhiyyə işğiləri arasında kütləvi sürrətdə rüşvətxorluq, ələbaxma, pay alma hallarına səbəb olmuşdur.
Bunun qarşısını effektiv sürətdə almaq məqsədi ilə tibb işçilərinin məvaciblərinin 3-3,5 dəfə artırılmasını məqsədə uyğun hesab edirik.
"İlham Əliyev cənablarının dövlət qurumlarında korrupsiya və süründürməçiliyə qarşı mübarizə aparmaq məqsədi ilə ictimai nəzarəti gücləndirmək üçün vətəndaşların fəal olmaları haqqında tövsiyəsi Səhiyyədə İctimai Nəzarət Komissiyasının fəaliyyətinə böyük dəstək oldu", - deyən qurum rəhbəri bildirib ki, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu və Səhiyyədə İctimai Nəzarət Komissiyası böyük həvəslə Prezident İlham Əliyevin müraciətinə qoşularaq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat Şöbələrinə ictimai nəzarət" layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi, Səhiyyə müəssələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin rayon şöbələrində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində "Ünvanli dövlət sosial yardimımı haqqında" və " Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasinin Qanunlarının aidiyətı orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllində şəffavlığın təmin olunması üçün ictimayi nəzarəti gücləndirməkdir.
Səhiyyəyə İctimai Nəzarət Komissiyası olaraq cənab Prezidentimizin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması üçün ictimaiyyətə etdiyi müraciətinə dəstək verərək çalışacağıq ki, korrupsiyaya qarşı mübarizə sadəcə söz ilə deyil, həqiqi mənada əməli işlə həyata keçirilsin.
Onu da unutmamalıyıq ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Dövlət orqanlarında çalışan hər bir məmur, Vətənin müdafiəsi uğrunda canını qurban vermiş şəhidin ailə üzvlərinə, müharibə əlili və veteranlarına layiqincə xidmət göstərməli, onları hökumətdən incik salmamalıdırlar.
Biz bütün vətəndaşlarımıza müraciət edərək bildiririk ki, heç bir məmurdan çəkinməyib korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizəyə qalxsınlar!
Səhiyyəyə İctimai Nəzarət Komissiyası korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı aşağıdakı təkliflərlə çıxış edir:
1. Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirləri ayda iki dəfə vətəndaşları şəxsən özləri qəbul etsinlər.
2. Tibb işçilərinin məvacibləri 3-3,5 dəfə artırılsın.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Respublika Mərkəzi Tibbi Sosial Ekspertiza Komissiyasında, Regional TSEK-ının, Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin işlərində şəffavlığın təmin edilməsi məqsədi ilə, adı çəkilən qurumların tərkibində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində, Səhiyyədə İctimai Nəzarət Komissiyası tərəfindən təyin olunmuş nümayəndə daxil edilsın.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin TSEK-ında və və həmçinin Səhiyyə müəssələrində əlil vətəndaşlara qarşı qanun pozuntuları və məmur özbaşınalıqlarını yox etmək məqsədi ilə adı çəkilən Nazirliklərin və QHT rəhbərlərinin iştirakı ilə Umum- Respublika toplantısı keçirilsin.
ƏZİZ VƏTƏNDAŞLAR!
ÜZLƏŞDİYİNİZ TİBBİ–SOSİAL PROBLEMLƏR BARƏDƏ BİZƏ MÜRACİƏT EDİN!
Ünvan: AZ1138, Bakı şəhəri, Əhməd Cavad küçəsi 7a.
Əlaqə nömrəsi: Mobil:(+994 70 ) 652 33 62.
Elektron poçt: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB