Lavrov “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.

SİA xəbər verir ki, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, kompleksin önünə əklil və gül qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə