Space TV-nin yeni rəhbəri istefa verdi SON DƏQİQƏ

Bir neçə gün bundan öncə Space Televiziyasının rəhbərliyinə yeni təyin olunan Ülviyyə Mikayılov istefa verib. Televiziyanın mətbuat xidmətindən SİA-ya açıqlamasında faktı təsdiqləyiblər.

Qeyd edək ki, televiziyanın müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Xatırladaq ki, Ülviyyə Mikayılova Space TV-nin rəhbəri kimi fəaliyyətə 2021-ci ildə başlamışdı. Ü.Mikayılova 1959-cu ildə anadan olub. ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə