Ölkəmizin incəsənət sahəsinin tanınmış və sevilən simaları son zamanlar uğurlu layihələri ilə yanaşı həm də xeyriyyə işləri ilə də könlümüzdə taxt qurmağa davam edir. SİA-nın verdiyi məlumata görə, şou-biznes dünyasının bir çox tanınmış simaları yeni bir xeyriyyə işində birgə addım atıblar. Onlar leykoz-qan xərçəngindən əziyyət çəkən Nərgiz balaya dəstək olublar.

Xatırladaq ki, Nərgiz Hüseynzadənin anası sosial media hesabından tanınmış simalara müraciət edərək "Hər birinizin dəstəyinə ehtiyacımız var" deyib.

Bir neçə gün əvvəl isə o, sosial media hesabından "məbləğ tamamlandı" deyərək, sevincini hərkəslə bölüşüb. Eləcə də bu təşəbbüs üçün hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, şirin Nərgiz bala bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə yola salınıb.

SİA adına biz də gözəl Nərgiz balaya şəfa diləyirik. İnşallah gözəl xəbərlərlə Bakıda onu gözləyirik.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə