Vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 170 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA -a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 687 567, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 005 704, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681 863 nəfərə çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə