Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 93 illiyi münasibətilə Qazaxıstan Respublikasının Alma-Ata şəhərinə 3 günlük səfər edəcəkdir.
BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə BDM-in sədri İsmayıl Ağayev, Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni, BDM-in sədr müavini, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, tanınmış müğənni Nüşabə Ələsgərli, sənətçiləri müşaət edən musiqi qrupu və başqalarından ibarət geniş nümayəndə heyəti iştirak edəcəkdir.
Səfər çərçivəsində Qazaxıstandakı Azərbaycan diasporası və QHT-ləri, eləcə də Alma-Ata şəhər rəhbərliyi ilə bir sıra görüşlər, həmçinin Azərbaycan sənətçilərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 93 illiyinə həsr olunmuş bayram tədbiri keçiriləcəkdir. Həmçinin, nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyinin Astana şəhərində təşkil etdiyi tədbirlərdə də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB