28 May - Respublika Günü münasibətilə Xəzər dənizində kruiz gəzintisi təşkil olunacaq

28 May - Respublika Günü münasibətilə Xəzər dənizində kruiz gəzintisi təşkil olunacaq

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, "Millennium Tourism & Congress DMC"nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz gəzintisi təşkil ediləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Respublika günü münasibətilə Xəzər dənizində General Əsədov adına gəmidə 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi, həmçinin tədbir çərçivəsində bayram münasibətilə atəşfəşanlığın canlı olaraq dənizdən izlənilməsi nəzərdə tutulub.

Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcək.

28 may Respublika günü münasibətilə təşkil olunacaq kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar, həmçinin, Kütləvi İnformasiya Vasitələri nümayəndələri də iştirak edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə