Baş redaktor: ““Diffamasiya haqqında” qanunun qəbul olunması jurnalisti hansısa məsuliyyətdən kənarda saxlamaq deyil”

Baş redaktor: ““Diffamasiya haqqında” qanunun qəbul olunması jurnalisti hansısa məsuliyyətdən kənarda saxlamaq deyil”

Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, qəzetlərin kifayət qədər istədikləri mövzuya toxunması və yazması ona dəlalət edir ki, Azərbaycanda mətbuat və söz azadlığı mövcuddur. Bu barədə SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib. O bildirib ki, əgər əvvəllər senzura var idisə, indi bütün redaksiyaların özləri istənilən mövzu ilə bağlı yazı yazaraq onu kifayət qədər geniş şəkildə işıqlandırır, ictimaiyyətə oxutdurur. Onun sözlərinə görə, söz azadlığı anarxiyaya da gedib çıxır.

"Biz müharibə şəraitində olan dövlətik. Bəzən ordu və digər məsələlərlə bağlı dövlət sirləri mətbuata gəlib çıxır və bu da müəyyən mənada bizə ziyan verir. "Diffamasiya haqqında" qanun heç bir jurnalisti məsuliyyətdən kənarda qoymur. Demək olar ki, "Diffamasiya haqqında" qanunun qəbul olunması çoxdan müzakirə olunan məsələlərdən biridir. "Diffamasiya haqqında" qanunun qəbul olunması jurnalisti hansısa məsuliyyətdən kənarda saxlamaq deyil. Yəni, müzakirəsi gedən bu qanun heç bir jurnalisti məsuliyyətindən kənarda qoymur. Hesab edirəm ki, "Diffamasiya haqqında" qanun qəbul olunsa, jurnalistlərin məsuliyyəti daha da artacaq. Bu qanunun qəbulunun gecikdiyini düşünmürəm, istənilən halda hər bir jurnalist və media rəhbərləri öz məsuliyyətini dərk etməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə