DSMF may ayı üzrə pensiyaların ödənişini vaxtından əvvəl başa çatdırıb

DSMF may ayı üzrə pensiyaların ödənişini vaxtından əvvəl başa çatdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.

Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə