Son günlərdə avtomobillərə pərdə, vinil, plyonkanın çəkilməsi dəb halına gəlib. Avtomobil sahibləri maşınlarına yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs vinil, plyonka çəkməyə hansı qayda və qadağalar gələcək? Avtomobillərə plyonka, pərdə və jalüzün çəkilməsi bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov SİA-ya verdiyi açıqlamasında bunları deyib: "Avtomobillərə örtüklərin çəkilməsi məsələsi ilə bağlı müzakirələr davam edir. Bununla əlaqəli qərar qəbul edilən zaman bu barədə mətbuata əlavə məlumat veriləcək".
Arzu ElsevərqızıBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB