Bu gün müasir, müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Ölkəmiz multikultural dəyərləri təşviq edir, dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafına öz töhfəsini verir. Sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayan Azərbaycan mövcud olan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb.
Azərbaycanda dövlətin dəstəyi ilə sinaqoqlar, məscidlər, kilsələr tikilib, bərpa olunub və bu, davam etməkdədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir, müqəddəs hesab olunan milli-dini bayramların keçrilməsinə yüksək şərait yaradılıb. Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan bayramı da böyük sevinclə qeyd edilir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peygəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldu. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə biliblər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanırdılar ki, Orucluğun sınaqlarından alnıaçıq çıxan insanlar bu bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Builki Ramazan ayına dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil olduq. İnsan sağlamlığına ciddi təhlükə olan bu bəlanın aradan qaldırılması istiqamətində dövlətimiz və dünya birliyi böyük səylə çalışır, qoruma və müalicə tədbirləri həyata keçirilir. Belə bir mürəkkəb zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir.
Bu Ramazan ayında karantin dövrünün tələblərinə uyğun olaraq, məscid və ziyarətgahlar, ibadətlər müvəqqəti dayandırıldı. Bu il iftar süfrəsi də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açıldı. Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Ramazan bayramı Ramazan ayının sonunda, Orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır ki, həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.
Ramazan bayramınız mübarək!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB