Elmar Məmmədyarov: “Qoşulmama Hərəkatına üzvlük Azərbaycana beynəlxalq əlaqələrdə konstruktiv rol oynamasına töhfə verməyə imkan yaradacaq”

Elmar Məmmədyarov: “Qoşulmama Hərəkatına üzvlük Azərbaycana beynəlxalq əlaqələrdə konstruktiv rol oynamasına töhfə verməyə imkan yaradacaq”

İndoneziya Azərbaycan respublikasının artıq tərəfdar olmaq istəyini təsdiqlədiyi və hörmət etdiyi tarixi Bandunq Prinsiplərinin yarandığı yerdir. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya səfəri çərçivəsində "Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley görüşü"nün açılış mərasimində etdiyi çıxışı zamanı deyib. O, qeyd edib ki, Qoşulmama Hərəkatına üzvlük Azərbaycan Respublikasına qoşulmamış ölkələr ilə müxtəlif sahələrdə səmərəli əməkdaşlığa və daha ədalətli, bərabər və beynəlxalq hüquqa əsaslanan beynəlxalq duruma nail olmaq məqsədilə Hərəkatın beynəlxalq əlaqələrdə konstruktiv rol oynamasına töhfə verməyə imkan yaradacaq: "Mən həmçinin nümunəvi rəhbərliyə və mənim ölkəmin bu vacib siyasi foruma daxil olmaq prosesinə verdiyi töhfəyə görə Qoşulmama Hərəkatının sədri qismində Misir Hökumətinə dərin hörmətimi izhar edirəm. Azərbaycan çox şaxəli və balanslaşdırılmış xarici siyasət yürüdərək, özünü etibarlı tərəfdaş və həmçinin Xəzər-Qafqaz regionunda əməkdaşlıq üçün güclü, stabil və geniş anlayışda həlledici bir ölkə kimi təsbit edib. 1992-ci ilin 2 mart tarixində BMT-yə üzv olduqdan bəri Azərbaycan sülh içində olan, firavan və ədalətli dünyanın qurulmasının əsasını təşkil edən BMT-nin Əsasnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyini davamlı şəkildə nümayiş etdirib".

Nazir bildirib ki, Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub: "Mədəniyyətlər arasında körpü və Sivilizasiyalar Alyansının Dostluq qrupunun fəal üzvü kimi Azərbaycan qarşılıqlı hörmət və anlayışa əsaslanan dinlər və mədəniyyətlər arası dialoqu təşviq etmək məsuliyyətini hiss edir. Bu il Qoşulmama Hərəkatının 50-ci ildönümüdür və təşkilat necə ki təsis edildiyi gündə bu gündə aktualdır. Soyuq Müharibənin bitməsi heç də qoşulmamış ölkələrinin siyasi əlaqələndirici mexanizmi kimi fəaliyyət göstərən Qoşulmama Hərəkatının rolunu zəiflətməyıb. 2003-cü il fevral ayında Malayziya, Kuala-Lumpurda keçirilən 13-cü Zirvə Görüşündə və sonralar bir sıra tədbirlər zamanı razılaşdırıldığı kimi Qoşulmama Hərəkatının yenidən canlandırılmasında daha da qətiyyətli olmalıyıq. Sürətlə dəyişən beynəlxalq mühitlə effektiv şəkildə üzləşmək iqtidarında ola biləcək daha yaxşı əlaqələndirilən və effektiv bir Hərəkatı reallaşdırmaq üçün biz yeni yolları və vasitələri araşdırmalıyıq. Bu həm mövcud mexanizmlərin, o cümlədən Əlaqələndirici Büro, İşçi və ya digər Qrupların gücləndirilməsi və həm də Beynəlxalq Təşkilatların Ali orqanlarına bir-birimizin namizədliklərimizin dəstəklənməsi və bu orqanlarda fəaliyyətlərimizin və qərarlarımızın əlaqələndirilməsi kimi yeni yolların araşdırılması ola bilər. Azərbaycan Hərəkatın son 50 il ərzində öz üzvləri üçün həyati xarakter daşıyan məsələlərin həllində mühüm və dinamik rolunu yüksək qiymətləndirir və mən tam əminəm ki, üzvlərinin baxışlarını birləşdirən forumdan ədalət, sülh və firavanlıq forumunadək yüksəlmiş Qoşulmama Hərəkatı gələn 50 ildə də bu gün kimi güclü olacaq və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəkdir.

Azərbaycan yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın balanslaşdırılmış inteqrasiyası, sosial inkişafın və ətraf mühitin mühafizəsi davamlı inkişafın üç ən mühüm hissəsini təşkil edir. Nazir çıxışında vurğulayıb ki, rəsmi Bakı BMT çərçivəsində razılaşdırılmış məqsəd və vəzifələrin inkişafının həyata keçirilməsinə töhfə verməkdə qərarlıdır: "Azərbaycan hamı üçün önəmli olan yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi artımın təşviq edilməsinə, davamlı inkişaf və qlobal çiçəklənməyə tam dəstəyini nümayiş etdirir və mütəmadi səylər göstərir; belə ki, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, həmçinin təbii fəlakətlərdən zərər çəkmiş ölkələrin bərpası üçün onların xüsusi ehtiyaclarının qarşılanmasına və həssas məqamlara xüsusi əhəmiyyət veririk. Son 5 ildə Azərbaycan müxtəlif regionların bir neçə ölkəsinə geniş humanitar yardım göstərmiş və onların milli inkişaf strategiyalarının həyata keçirilməsinə öz töhfəsini verib".

Bütün xəbərlər Facebook səhifəmizdə