YAP Ağdam rayon təşkilatı tərəfindən şəhid ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının dəstəyi ilə rayon təşkilatının gənclər birliyi Vətən müharibəsində Ağdam rayonunun Kəngərli kəndindən olan şəhid Mahmudov Elçin Cəmil oğlunun ailəsini ziyarət ediblər. Onlara maddi və mənəvi dəstək olublar.

Ziyarət zamanı dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib.Şəhid ailələrinin üzvləri də öz növbələrində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə