İyunun 1-dən metrolar açılır? QURUM RƏSMİSİ AÇIQLADI

Son günlər sosial şəbəkələrdə iyunun 1-dən etibarən Bakı metrosunun sərnişinlərin üzünə açılması ilə bağlı mütəmadi məlumatlar yayılmaqdadır. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-ya müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında bunları deyib: "Metroların açılması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın səlahiyyətlərinə daxildir. Mövcud vəziyyətin qiymətləndirilməsini, xəbərlərin yayılmasını, ona qarşı proflaktik tədbirləri yalnız Opetiv Qərərgah tənzimləyir. Müvafiq obyektiv, şəffaf, qiymətləndirmə də bu qurum tərəfindən aparılır. Yəqin ki, Operativ Qərargah iyun ayında yeni qərarları açıqlayacaq. Hazırda Metropolitendə sərnişin daşıma fəaliyyətinin bərpası və yaxud da dayandırılması, uzadılması ilə bağlı məsələlər Operativ Qərargah tərəfindən tənzimlənir. Metropolitenin özünə gəldikdə isə pandemiyanın tələblərinə uyğun olaraq bütün mövcud infrastrukturun qorunub saxlanması, texniki normativ sənədlərə uyğun olaraq xidməti baxış və təmir işlərinin aparılması və s. hamısı planlaşdırılmış qaydada davam etdirilir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə