"Hər birimiz məsuliyyətimizi artırmalıyıq" BŞDYPİ RƏSMİSİ ÇAĞIRIŞ ETDİ

"Qəzalar yol ayrıcının keçmə qaydalarını pozaraq yaranır". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Bakı şəhər üzrə qeydə alınan yol qəza hadisələrinin təxminən 28-29%-i sürət həddinin aşılmasından yaranır: "İdarə edilən nəqliyyat vasitəsinin tipindən, növündən asılı olmayaraq onu idarə edən şəxsin sözsüz ki, yol hərəkət qaydalarnı pozmasından hadisələr qeydə alınır. Bakı şəhər üzrə bu günə qədər müvafiq dövr ilə müayisədə göstəricilər üzrə hadisələrin sayı azalıb. Bu da dövlət yol polisinin məqsədli, ardıcıl keçirtdiyi profilaktik tədbirlərin nəticəsidir. Eləcə də yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərin və inzibati xətalar məcəlləsində olan yeniləşmənin hesabınadır.

Unutmayın ki, istənilən ərazidə, istənilən ölkədə qeydə alınan yol qəza hadisələri nəticəsində kimlərsə xəsarət alır, əlil olur, dünyasını dəyişir. Bizdə də yol qəza hadisələri nəticəsində əlil olanlar, xəsarət alanlar, həlak olanlar elə bizlərdən biridir. Deməli hər birimiz düşünməliyik, hər birimiz məsuliyyətimizi artırmalıyıq. Çünki ən azından təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısının funksional vəzifəsi var. Yəni unutmaq olmaz ki, biz olduğumuz yerdən çıxıb, hərəkətə başlayarkən hərəkət iştirakçısı qismində oluruq. Avtomobil idarə ediriksə, avtomobildə hərəkət ediriksə sərnişin, səkilər üzrə hərəkət ediriksə piyada qismində oluruq. Deməli bütün hallarda yol hərəkət qaydalarını bilib, bu qaydalara, bu tələblərə uyğun hərəkət etməyi bacarmalıyıq ki, öz təhlükəsizliyimiz təmin olunsun. Həmçinin başqa hərəkət iştirakçılarının hərəkətinə maneə yaratmayaq. Odur ki, sürücülər, piyadalar diqqətli olmalı və yol qəza hadisələrində baş verməməsi üçün küçə və yollarda təhlükəsiz davranış vərdişlərini öz üzərində aşılamalıdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...