Sülhməramlılarımız Əfqanıstandan çıxarılır - RƏSMİ

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ABŞ may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.

Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Əfqanıstanda ABŞ-ın 2 500, Almaniyanın 1 300, İtaliyanın 895, İngiltərənin 750, Belçikanın 72, Macarıstanın 8, İspaniyanın 24, Türkiyənin 500 hərbi qulluqçusu sülhmərmalı missiyasını yerinə yetirir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə