“Biz Heydər Əliyev irsini öyrənirik” - FOTO

07 may 2021-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Gənclər və İdman İdarəsi və YAP Qaradağ rayon Təşkilatının təşkilatçılığı ilə rayon məktəbliləri arasında onlayn formatında “Breyn-rinq”intellektual oyunu üzrə bilik yarışı keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, yarışın münsiflər heyətinin sədri İlqar Qasımov söyəyib ki, görkəmli siyasi və ictimai xadim Heydər Əliyevin anadan olmasının 98 illik yubileyi münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərancamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq silsilə xarakterli tədbirlər keçirilir və bugünki tədbir də həmin tədbirlər planının tərkib hissəsidir.

O qeyd edib ki, Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Heydər Əliyein vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, ulu öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir.

Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verilib. Yarışın ümumi yekun nəticəsinə əsasən 166 № məktəbin IX sinif şagirdi Aqil Əlipaşayev I yerə, 288 № məktəbin VIII sinif şagirdi Aynur Balaməmmədova II yerə, 166 № məktəbin X sinif şagirdi Cavid Əlipaşayev III yerə görüldü. 288 № li məktəbin şagirdi Zöhrə Alməmmədova isə fərqlənib. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə