"Kimlərsə öz iyrənc əməllərini cəmiyyətə təbliğ edə bilməz" EKSPERTLƏRDƏN SƏRT REAKSİYA

Son zamanlar qadınların həmcinsi ilə evlənməsi və yaxud əksinə, oğlanların bir-biri ilə ailə qurması kimi hallara çox tez-tez rast gəlirik. Bəs bu hallara qarşı hansı mexanizm tətbiq olunmalıdır? SİA olaraq psixoloq və sosioloqların fikirlərini öyrəndik:

Mövzu ilə bağlı jurnalist, sosial ekspert Rövşən Rəsulov qeyd edib ki, Azərbaycanın minillərdən bəri milli adət-ənənələri, eləcə də sosial həyat tərzinə uyğunlaşmış yaşam mövcudluğu var və bu amil nəsillərdən-nəsillərə dəyişilməz standart olaraq keçib: “Çünki milli kimliyin formalaşmasında bu kimi faktorların özəl yeri olur. Əgər bu gün hər hansı başqa qütbün insanı öz adətlərini digər qütbə aid etmək istəyirsə, bu heç də istənilən nəticəni verə bilməz, çünki milli kimlik üst-üstə düşmür. Bu baxımdan, düşünürəm ki, əgər Qərbin sosial-yaşam standartları Azərbaycana inteqrasiya edilirsə, bu qütbün yalnız müsbət dəyərləri nəzərə alınmalıdır. Yəni milli baxışımıza, dəyərlərimizə zidd olan eynicinslilərin evlililikləri, hətta uyğunsuz geyim tərzləri, dəblər, özbaxım qaydaları belə xüsusilə gənc nəsillərimizin alt şüurlarına olduqca mənfi təsir göstərir. Nəticədə qarşımızda heç də xoş olmayan mənzərə yaranır. İndi deyə bilərlər ki, zaman dəyişdikcə insanlar da dəyişir, müasirləşir və zamanın tələbləri ilə ayaqlaşır.

Lakin gəlin görək və düşünək ki, buna zamanla ayaqlaşmaq demək olarmı? Məncə əsla! Bu mənada, son vaxtlar təəssüf ki, artmağa başlayan eynicinslilərin bir araya gəlmələri, sözdə “ailə həyatı” qurmaları – bu həm də dinimiz tərəfindən də birmənalı olaraq rədd edilən bir məsələdir. Başqa tərəfdən, insanlar əzəldən əks cinsləri ilə ailə həyatı qururlar, gələcək nəsillər yetişdirirlər və bu hal estafet şəklində davam etdirilir, bəşəriyyətin deyərdim ki, ölümsüzlüyü təmin edilir. Bəs eynicinslilər necə? Təbii ki, bu eyni zamanda, insanlığı həm fiziki, həm də digər cəhətlərdən məhvə aparan cinayətdir. Bu gün Qərbin bir sıra kilsələrində eynicinslilərin evliliklərinə müsbət baxılır, hətta kilsələrdə nəinki eynicinsli insanlarla, o cümlədən, daha iyrənc nikahlar kəsilir – heyvanlarla, məişət əşyaları ilə və s. Təsəvvürünüzə gətirin, bunu Allah necə qəbul edə bilər? Mən bu məsələni dini müstəviyə gətirmək fikrində deyiləm, amma bütün hallarda bu kimi qəbuledilməz hal haqqında danışarkən, istər-istəməz bəhs etdiyimiz mövzu da gündəmə gəlir. Ona görə də hesab edirəm ki, bizim ölkədə belə halların qarşısını almaq üçün kifayət qədər sərt, kəskin qanunlar qəbul olunmalı, bu cür insanların psixoloji və psixonetvoloji müalicələrinin təminatı üçün müvafiq addımlar atılmalı, eləcə də onlar məsuliyyət də daşımalıdırlar. Əks halda, minillər boyu qazandığımız milli, mənəvi dəyərlərimiz, milli düşüncə və ideologiyamız qısa zaman kəsimində məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmış olur. Bir millətin məhvini sürətləndirmək üçün bu fəsadların ayaq açıb yürüməsi kifayətdir. Yəni demək istədiyim həm də budur ki, haqqında bəhs elədiyimiz mövzu hətta bir millətin, ölkənin məhvinə qədər çox ciddi təhlükələr yaşada bilər. İndi biz bunu hiss etmiriksə, yaxın gələcəkdə onun ağır fəsadlarını da görə bilərik. İnsanlarımız, xüsusilə yaşlı nəsil, eyni zamanda media resurslarımız bu istiqamətdə davamlı, ardıcıl işlər aparmalıdır ki, qeyd edilən fəsadlar yaşanılmasın. Artıq “SOS” siqnalının verilməsi zamanıdır”.

Psixoloq Vüsalə Əmiraslanova məsələyə belə münasibət bildirib: “Ümumiyyətlə, təbiətdə nə əksdirsə, bu hal insanlarda qıcıq yaradır. Məsələn, qızla oğlan ailə qurmalıdır. Bu əksinə olduğu halda insanlarda fərqli reaksiyalar baş qaldırır. Burada həm mentalitetin, həm də dini baxımdan olan amillərin böyük rolu var. Lakin, mən hər zaman deyirəm ki, bu insanların öz seçimidir. Əgər biri öz həyatını bu cür yaşamağı seçirsə, bunu ictimailəşdirmək düzgün deyil. Biz qınasaq da, qınamasaq da günümüzdə kifayət qədər belə cütlüklər var. Bu hər kəsin şəxsi həyatıdır və qabartmaq lazım deyil. Əgər özləri bu yolu davam etdirmək isdəməsələr, psixoloqa və yaxud həkimə müraciət edərək problemlərinə çarə tapa bilərlər. Qarşısını almaq mexanizmi dedikdə, sadəcə onu deyə bilərəm ki, insanlar bunu anlayıb qabartmamalı və belə insanları təkləməməlidir”.

Sosioloq, jurnalist Elçin Bayramlı isə öz fikirlərini bu cür qeyd edib: “Son vaxtlar xarici mərkəzlərdən qaynaqlanan mənəvi-psixoloji terror kampaniyası şiddətlənib. Ölkəmizdə bu işlə məşğul olan mütəşəkkil qruplar var. Artıq heç nədən çəkinmədən mediada, televiziyada, internetdə milli-mənəvi dəyərlərimizə qarşı açıq şəkildə təcavüz edir, müasirlik adı altında murdar yad “dəyərlər”i təbliğ edir, ailə institunun dağılması, gənclər arasında əxlaqsızlığın bütün formalarının normal qəbul edilməsi üçün var gücləri ilə çalışırlar. Artıq əhəmiyyətli nəticələr də əldə ediblər. Boşanma statistikasına, intiharların sayına baxdıqda bunu daha aydın görmək olur. Cinsi azlıqlar arasında evliklərə gəldikdə bu konkret murdar təbliğatdır və bunu edənlər ən sərt şəkidə cəzalandırılmalıdır. Düzdür, bu Avropanın xoşuna gəlməyəcək, amma biz minillər boyu qurduğumuz milli-mənəvi dəyərləmizi, milli mədəniyyətimizi kiminsə xoşuna gəlməyəcək deyə məhv edib, sağlam cəmiyyətimizi xəstə və əxlaqsız cəmiyyətə çevrilə bilmərik. Hələ ki, insan cəmiyyətində normal şeylərin anormal, anormal şeylərin normal qəbul edilməsi ilə bağlı bəşəriyyət hər hansı bir qərar verməyib. Kimlərsə öz iyrənc əməllərini cəmiyyətə təbliğ edə bilməz. Cinsi azlıqların sayının sürətlə artmasına gəldikdə, dəqiq əminəm ki, burada qidaların və psixtron terrorun böyük rolu var. Bununla bağlı müvafiq dövlət orqanları ciddi tədbirlər görməlidirlər. Bunlar konkret fiziki-bioloji və mənəvi-psixoloji cəhətdən xəstədirlər və onlara da xəstə kimi yanaşılmalıdır. Belələrinin müalicəsi təşkil edilməli, müalicə olunmayanlara isə xəbərdarlıq edilməlidir. Getsin necə istəyir yaşasın, amma bu qeyri-təbii və murdar əməlləri təbliğ etməyə görə ağır cəzalar verilməlidir. Burada ictimai qınağın da böyük rolu ola bilər, amma görünən odur ki, ictimai qınaq yoxdur deyə bunlar azğınlıqlarını son həddə çatdırırlar. Bütün mümkün yollarla milli genefondumuzu məhv etməkdə olan bu terrorun qarşısı alınmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə